AZ

65 yaşı tamam olan Bilal Əliyev: “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”

“Bu gün mənim doğum günümdür. Amma mən heç vaxt ad günümü keçirməmişəm. Qeyd etmək fikrim də olmayıb. Bu gün Xəzər televiziyasına məni dəvət ediblər, yəqin ki, orada onlar qeyd edəcəklər. Mənə sual verdilər ki, kimləri istəyirsiz dəvət edin. Mən ora Azərbaycanın yarısını yığa bilərdim, televiziya tamam dola bilərdi. Amma bir nəfər də dəvət etmədim. Özləri kimi seçiblərsə dəvət ediblər. Təbriklərə görə minnətdaram, sizə təşəkkür edirəm. Nəzərinizə çatdırım ki, 65 yaşım tamam olur”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib.
 
O daha sonra bu yaşa qədər özünü necə sağlam saxladığından danışıb:
 
 “Mən bu yaşa qədər necə qalmışamsa bunu bir Allah, bir də ürəyim bilir. Çünki heç vaxt pis əməllərlə məşğul olmamışam, kiməsə paxıllıq etməmişəm. Qəlbimdə həmişə gözəl şeylər olub. Bu yaşıma qədər sağlam qalmışam. Hələ bir dəfə də xəstəxanaya düşməmişəm. Adam gərək özünə baxsın. İnsanlar çalışmalıdır ki, çox kök olmasınlar. Belə olan halda damarlar da açıq olur. İnsanlar düzgün qidalanmayanda xəstələnir. Vaxtlı-vaxtlında yatmalısan. Ən azı 8 saat. Ət yeməkləri çox yemək olmaz. Çalışmalısan ki, həftədə 1 dəfədən çox qırmızı ət yeməyəsən. Daha çox meyvə-tərəvəz, təbii məhsullar yeyirəm”.
 
Şəxsi həyatı ilə sualdanb boyun qaçıran sənətkar bunları bildirib:
 
“Şəxsi həyatımdan qətiyyən danışmıram. Bu haqda verilən sualları da cavablandırmıram. Övladlarım da var, nəvəm də”.
Seçilən
29
1
moderator.az

2Mənbələr