AZ

“Parlamentdə müxalifəti dirçəltmək lazımdır” – Şavkat Mirziyoyev

Yazını böyüt
Yazını kiçilt

“Yeni dövrdə parlament əsl xalq evinə, onun aşağı palatası isə ideya generatoruna, sağlam rəqabət, debat və müzakirə meydanına çevrilməlidir. Ötən seçkilərdə siyasi partiyaların proqram və ideyaları bir-birindən fərqlənirdi, müxtəlif siyasi ideologiyaların mübarizəsi açıq şəkildə görünürdü. Xüsusilə, seçkilər zamanı çoxlu debatlar təşkil olunub, bunu həm sakinlər, həm də beynəlxalq müşahidəçilər etiraf ediblər”.

Hafta.az-ın yazdığına görə, bunu özbəkistan parlamentinin seçkilərdən sonrakı ilk iclasında çıxış edən prezident Şavkat Mirziyoyev deyib. Dövlət başçısı bildirib ki, parlamentdə müxalifəti dirçəltmək lazımdır. Bunun üçün parlamentdə müxalifətə təminat verilən hüquqların sayı 3-dən 6-ya çatdırılsın, 1 komitə sədri və 2 komitə sədrinin müavini vəzifələrinə təminat verilsin, rübdə bir dəfə “hökumət saatı” keçirilsin və ən azı bir məsələ müzakirəyə çıxarılsın.

“Seçkilərdə sağlam rəqabət, əks fikirlərin mübarizəsi parlamentə keçərsə, bu, şübhəsiz ki, xalqın mənafeyinə uyğun qanunların hazırlanmasına xidmət edəcək”, - o deyib.

Prezident bildirib ki, parlament nəzarəti ilk növbədə siyasi nəzarətdir və onun nəticəsi həm də siyasi məsuliyyətlə bağlıdır.

Yenilənmiş konstitusiyaya əsasən, dövlət büdcəsinin icrasına nəzarət Qanunvericilik Palatasının müstəsna səlahiyyətlərinə aiddir. Bu mühüm səlahiyyət deputatlarımızın üzərinə də böyük məsuliyyət qoyur.

İlk növbədə qeyd olunub ki, dövlət büdcəsinin icrasına nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin vaxtı çatıb. Xüsusilə, hökumətin dövlət büdcəsinə dair bütün hesabatlarının yalnız Büdcə Məcəlləsində göstərilən audit hesabatı ilə birlikdə palataya təqdim edilməsi praktikasına keçmək lazımdır.

Bundan əlavə, dövlət büdcəsinin icrasına nəzarətdə parlament komitələrinin rolunun artırılması vacibdir. Bildirilib ki, hazırda birinci səviyyəli büdcə ayıranların xərclərinə parlament nəzarəti demək olar ki, nəzərə çarpmır və yeni seçilən deputatların bu məsələyə xüsusi yanaşmasına ehtiyac var.

Yerli sakinlərin rifahının yaxşılaşdırılması üçün proqramların hazırlanmasında parlamentin fəal iştirakı vacibdir. Məsələn, bu il regionların inkişafı, sosial və infrastruktur obyektlərinin tikintisi, məhəllələrin abadlaşdırılması üzrə investisiya proqramlarına 30 trilyon somdan çox vəsait ayrılıb.

Lakin bu proqramın qəbulunda hansı deputatın iştirak etdiyi, onun icrası ilə bağlı hesabatı kimdən tələb etdiyi sualları açıq qalır. Bununla bağlı prezident deputatların mütləq şəkildə investisiya proqramlarının hazırlanmasında iştirak edəcəyi, onların rəyi nəzərə alınacaq sistemin yaradılması təşəbbüsü ilə çıxış edib.

Bundan başqa, rayon və şəhərlərin maliyyə imkanlarının artırılması məqsədilə torpaq, əmlak və dövriyyə vergilərinin tam həcmdə, gəlir vergisinin isə ən azı 50 faizinin rayon və şəhərlərin özlərinə həvalə edilməsi təklif olunub.

Seçilən
13
hafta.az

1Mənbələr