Bakı. Trend:
Noyabrın 16-da Baş prokuror Kamran Əliyev İnterpolun prezidentiAhmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə Baş prokurorKamran Əliyev qonaqları səmimi salamlayaraq ən böyük beynəlxalqqurumlardan biri olan və ədalət mühakiməsinin həyata keçirilməsindəəhəmiyyətli rol oynayan İnterpol ilə Azərbaycanın hüquq-mühafizəorqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha dainkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədətəşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-ninNarkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindəntəşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlərNazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi iləmübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlıyüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışantərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarınınqarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
İnterpolun prezidenti Ahmed Naser Al-Raisi ölkəmizdə prokurorluqorqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərəkrəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanlarıarasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsininperspektivlərindən danışıb.
Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığınınən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçünböyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquqmühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəlisessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror KamranƏliyevi təbrik edib.
Görüş zamanı Azərbaycanın Baş Prokurorluğu ilə İnterpol arasındaikitərəfli əlaqələrin genişləndirilməsi, cinayət törətdiklərinəgörə axtarışda olan və xarici dövlətlərin ərazilərində gizlənənşəxslərin tutulması ilə əlaqədar həyata keçirilən tədbirlərinsəmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirəolunub.