Almaniya millisinin futbolçusu Camal Musiala Millətlər Liqasında Bosniya və Herseqovina üzərində qazanılan qələbəni (7:0) şərh edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi bunları söyləyib:
“Əyləncəli idi. İstədiyimiz kimi, çox qol vurduq, amma müdafiədə də çox çalışdıq. Bu da işimizi asanlaşdırdı”.
Qeyd edək ki, sözügedən oyunçu görüşün 2-ci dəqiqəsində yığmasını önə keçirən qolu müəllifidir.