AZ

“Qərb Azərbaycanın iki ölkə ilə münasibətlərinə mane olur" - Açıqlama

“Ermənistan baş naziri Nikol Paşinyanın deyib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar. Paşinyanın bu mövqeyi danışıqlarda manipulyasiya yönlü bir siyasətin göstəricisidir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana ünvanladığı konkret tələblər var və bu tələblərə erməni tərəfi riayət etməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün olmayacaq”.

Bunu Bakupost.az -a politoloq Elşən Manafov bildirib.

O qeyd edib ki, Paşinyanın strateji sövdələşmə adı ilə Azərbaycana ünvanlayacağı təkliflər heç şübhəsiz ki, ABŞ-da Bayden administrasiyası tərəfindən hazırlanıb. Bu təkliflər Orta dəhlizlə bağlı Qərbin maraqlarını ehtiva edir:



“Rəsmi Bakını bu layihə ətrafında əməkdaşlığa cəlb etməklə Qərb onun Rusiya və Çin ilə genişlənməkdə olan münasibətlərini əngəlləmək istəyir. Bakını regionla bağlı geosiyasi oyunlarında tərəfdaş kimi görmək Qərbin ümdə arzusudur. Cənubi Qafqaz, habelə Mərkəzi Asiya uğrunda genişlənməkdə olan geosiyasi mübarizədə Qərb bu amildən yararlanmaq istəyir. Paşinyan isə bəlli layihələrin icrasında ötürücü qayış rolunda çıxış edir. Ancaq onun da perspektivdə, şahmat dili ilə desək, seytnota düşəcəyi vaxta çox qalmayıb. Saat ərqəbləri gələn il yanvarın 20-də, Trampın inaqurasiya mərasimindən sonra dayana bilər”.

Sevinc,
BakuPost
Seçilən
26
bakupost.az

1Mənbələr