Əməkdar artist Xəyyam Nisanov bəzi həmkarlarının onunla bağlı dediklərinə cavab verib.
Axşam.az xəbər verir ki, bir çox müğənni Xəyyamın onları toydan uzaqlaşdırdığını iddia edib. Sənətçi "Özəl" proqramında aparıcı Kazım Sübhanın "Deyirlər, Xəyyam toyda monopoliya yaradıb" sözlərinə belə reaksiya verib:
"Monopoliya oyun görmüşəm. Mən də bu cür sözlər eşidirəm. Yəqin həmin insanlar əyləncəyə, boşluğa çox vaxt ayırır. Öz işimlə məşğulam və bunu peşəkarcasına bilirəm. Toy müğənnisiyəm. Toyu idarə etməyi gözəl bacarıram. Böyük səhnədə, stadionda hələ ki bunu deyə bilmərəm. Çərçivəm var, orada özümü rahat hiss edirəm. Bir insanı istəməsələr onu hansısa toya salmaq olmaz. Necə deyə bilərsən ki, filankəs dostumdur gəlsin. Qeyri-peşəkar insan xoşlamıram. Elə insanlar var ki, səhnəyə təsadüfən gəliblər. İstəyərdim ki, məni musiqiçi adlandırsınlar, müğənni yox. Həmin təsadüfən gələnlərin hamısı özünə müğənni yazdırır".
Qeyd edək ki, bundan əvvəl müğənni Nura Suri Xəyyamın bəzi müğənniləri toydan uzaqlaşdırdığını deyib.