Tehran sosial şəbəkələrdə İranın 85 yaşlı dini lideri Əli Xameneyinin səhhəti ilə bağlı yayılan iddialara cavab olaraq yeni görüntülər yayıb.
Turkustan. az xəbər verir ki, İranın 85 yaşlı dini lideri Əli Xamenei ilə bağlı sosial şəbəkələrdə yayılan “Xamenei komadadır” iddialarına reaksiya gəlib.
Tehran məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Livanın İrandakı səfiri Müctəba Əmani ilə Xamenei arasında keçirilən görüşün görüntülərini yayıb. Fotoda Xamenei Əmani ilə ofisində görüşür.
Bildirək ki, Livan səfiri sentyabr ayında İsrailin hücumu nəticəsində yaralanmışdı.
Aytən Yaşar/ Turkustan.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta