AZ

2025-də manatın taleyi necə olacaq?

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində formalaşmasını təmin etməkdir. Oktyabr proqnozlarımıza görə, inflyasiyanın 2025-ci ildə 5,8 faiz olacağı gözlənilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

O bildirib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya 2,1 faiz bənd azaldıcı təsir edəcək:

 

"2025-ci ildə makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi və digər məsələlər Mərkəzi Bankın prioritetləri olacaq".

Tarix: 18 Noyabr 2024, 15:00   
Seçilən
4
6
pravda.az

7Mənbələr