AZ

''Fənərbaxça''nın üzvü Mourinyonu təriflədi

''Fənərbaxça''nın önəmli futbolçularından olan Brayt-Osayi Samuel vətəni Nigeriya mətbuatına açıqlamalar verib.

Müqaviləsinin son ilində olan 26 yaşlı futbolçu baş məşqçi Joze Mourinyoya tərif yağdırıb:

''Türkiyədə həyatım gözəl şəkildə davam edir. Zədədən tamam qurtulmuşam və oynamağa başlamışam. Əsas da məhz budu. Çünki mümkün qədər çox oynamaq istəyirəm. Mourinyo kimi bir məşqçi ilə çalışmaq gözəl duyğudu. Hər günümüz sanki bir sınaqdı və hər gün o sınaqdan keçmək məcburiyyətindəyik. Tələbləri, standartları çox yüksəkdi. Birmənalı şəkildə indiyə qədər başçılığı altında oynadığım ən güclü məşqçidi. Onun bir futbolçuya simpatiyası varsa, həmin futbolçunun inkişafı üçün əlindən gələni edir. Məşqçinin futbolçuya güvənməsi çox önəmlidi. Ondan çox şey öyrənirəm. ''Mançester Yunayted'' ilə oyundan öncə bir çox mesajlar aldım. O matçı hər kəsin izləyəcəyini bilirdim və bu, məni daha da motivasiyalandırmışdı. Məni çox da yaxından tanımayan Nigeriya xalqına da özümü tanıtmaq fürsətim oldu''.

ƏLİ
Seçilən
14
football-plus.az

1Mənbələr