AZ

Ermıni nəşri:"İlham Əliyev Ermənistanın gec olmadan militarizasiya siyasətindən əl çəkməli olduğunu bəyan edir"

Paşinyanla İlham Əliyev arasında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı sonuncu görüş Kazanda BRİKS konfransı çərçivəsində baş tutub.

Bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Avropa Siyasi Birliyinin Budapeştdə keçiriləcək beşinci sammitinin iki ölkə liderlərinin görüşü üçün fürsət ola biləcəyi gözlənilirdi.

“Amma İlham Əliyev işinin çox olduğunu əsas gətirərək, Budapeştə getməyib. Bir neçə gün əvvəl Azərbaycan tərəfi sazişlə bağlı təkliflərini Ermənistana çatdırıb və bunun fonunda Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Ermənistanı sülh prosesinin uğurla başa çatmasına mane olmaqda ittiham edib. Sonra Azərbaycanın Təhlükəsizlik Şurası bildirib ki, lazım gələrsə, Azərbaycan Ermənistanı güc yolu ilə sülh sazişi imzalamağa məcbur edə bilər, çünki dəmir yumruq öz yerindədir. İlham Əliyev bəyan edir ki, Ermənistan gec olmadan militarizasiya siyasətindən əl çəkməli və silah əldə etməyi dayandırmalıdır”, - deyə nəşr bildirib.

Seçilən
36
herbiand.az

1Mənbələr