AZ

Təhqirə dözməyib bıçağa əl atdı - "Gənclik" parkındakı qanlı hadisənin təfərrüatı 

Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Həsənovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. 

İstintaqla müəyyən edilib ki, Nicat Həsənov, bu ilin iyununda saat 22 radələrində paytaxtın Xətai rayonu ərazisində "Gənclik" parkında tanışı Yəhya Səfərov, Elmir Hüseynzadə və digərləri ilə gəzintidə olarkən, Elmir Hüseynov adlı şəxs mobil telefonla Elmir Hüseynzadəyə zəng edib onlarla gəzintidə olan Yəhya Səfərovun atası adından danışaraq işdən sonra evə getmədiyinə görə iradını bildirib. Bu zaman Nicat Həsənov, Elmir Hüseynovun onun və digərlərinin ünvanına tutulan iradı özünə təhqir kimi qəbul edib Elmir Hüseynovla görüş təyin ediblər. 

Xətai rayonunda yerləşən "İstanbul" restoranının arxasında görüşərkən Elmir Hüseynov yumruqla Nicatın sifət, boyun və qarın nahiyələrindən vurub. Nicat Həsənov üzərindəki bıçaqla Elmir Hüseynovun bədəninin müxtəlif nahiyələrindən üç dəfə vuraraq qəsdən sağlamlığına ağır xəsarət yetirib. 

Nicat Həsənova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
7
unikal.az

1Mənbələr