AZ

HƏMAS Siyasi Bürosu Türkiyəyə köçüb?

“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun Türkiyəyə köçməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən “NTV” telekanalı yayıb. 

“HƏMAS nümayəndələri mütəmadi olaraq Türkiyəyə səfər edirlər, lakin hərəkatın Siyasi Bürosunun ölkəyə köçməsinə dair iddialar doğru deyil”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Bunun Qətərin Qəzza ilə bağlı danışıqlarda öz vasitəçiliyinin dayandırılmasını elan etməsindən sonra baş tutduğu qeyd olunub. 

“Financial Times” qəzeti isə öz növbəsində iddia edib ki, Qətər ABŞ-nin təzyiqi altında HƏMAS rəhbərliyinin ölkəni tərk etməsini istəyib. Buna səbəb kimi isə, hərəkatın dəfələrlə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar çərçivəsində israilli girovların azad edilməsinə dair vasitəçilərin təkliflərini rədd etməsi göstərilib. 

Onu da bildirək ki, HƏMAS-ın Dohadakı Siyasi Bürosu 2012-ci ildən fəaliyyət göstərirdi.

Seçilən
30
1
qafqazinfo.az

2Mənbələr