AZ

Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...

ÖlkəSumqayıtdakı akumlyator istehsalçısı olan “Az-Lead” MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə cərimələnib.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Xidmət ilə bağlı müraciətə baxılıb.Hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.Xatırladaq ki, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.Qeyd edək ki, 2014-cü ildə yaradılan “Az-Lead” MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir."İndrat Holdinq" MMC-yə məxsus olan "Az-Lead" MMC Sumqayıt Sənaye Zonasında fəaliyyət göstərir. 3 123 275 nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Sadıqov Elxan Asif oğludur."DİA-AZ"ın araşdırmasına görə, eyni zamanda sözügedən akkumulyator zavodunun dövlətə 1.3 milyon manatdan çox vergi borcu yaranıb.Daha dəqiqi bu şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə 1 milyon 381 min 305 manat 14 qəpik vergi borcu var.Hazırda bu səbəbdən də şirkətlə DVX arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə şirkətin borc məsələsinə baxılacaq.

Seçilən
35
yenisoz.az

1Mənbələr