Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Rio-de-Janeyro görüşündə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün" sülh planını" təqdim etməyi planlaşdırır.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Ərdoğan Zelenskiyə Putinə güzəşt olaraq NATO-ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağa razılıq verməyi təklif edəcək. Türkiyənin planı Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını da nəzərdə tutur. Ərdoğan əlavə zəmanət olaraq orada beynəlxalq qoşunların yerləşdirilməsini təklif edəcək və NATO-ya üzv olmamaq barədə razılığa gəldiyinə görə kompensasiya olaraq Ukraynaya silah tədarükünü təmin edəcək.
“Türkiyə rəsmiləri etiraf edirlər ki, Ukraynanın belə bir təklifi qəbul etməsi çətin olacaq. Lakin onlar bunun ən real yanaşma olduğuna inanırlar”, - "Bloomberg" yazır.
Lakin belə bir formul Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünün Kremllə birbaşa münaqişəyə gətirib çıxara biləcəyindən ehtiyat edən Kiyev bəzi müttəfiqlərinə müraciət edə bilər. Məsələ ilə yaxından tanış olan insanlar deyir ki, Ərdoğan döyüşlər dayanmasa, Ukraynanın yaxın bir neçə ayda daha çox ərazi itirə biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarına malikdir.
Qeyd olunur ki, Türkiyə lideri Zelenskini İstanbulda sülh danışıqlarında iştirak etməyə razı sala biləcəyinə ümid edir.
"AzPolitika.info"