AZ

Belarus Avropa İttifaqı ilə uçuşları bərpa edəcək?

"Belarus siyasi maneələr aradan qaldırılan kimi Avropa İttifaqı ilə hava əlaqəsini bərpa etməyə hazırdır". 

Avtosfer.az "BelTA" Agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Nəqliyyat və Rabitə Nazirliyinin aviasiya departamentinin direktoru İqor Qolub deyib.

 Aviasiya departamentinin rəhbərinin sözlərinə görə, aviaşirkətlər Rusiya və Belarus üzərində uçuşlar həyata keçirməməkdə maraqlıdırlar, çünki üzərindən uçmaq çox böyük xərcdir:

"Səmamız açıqdır. Biz heç vaxt heç kimin qarşısında heç bir maneə yaratmamışıq, Avropa ölkələri ilə həm dialoqu, həm də hava nəqliyyatını bərpa etməyə hər zaman hazırıq".

Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Aİ ölkələri öz hava məkanlarını Rusiya aviaşirkətlərinin üzünə bağlayıb. Buna cavab olaraq Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin və ya Xarici İşlər Nazirliyinin xüsusi icazəsi olmadan 36 ölkədən təyyarələrin uçuşlarına qadağa qoyub. 

(baki.plus)

Seçilən
20
1
avtosfer.az

2Mənbələr