AZ

Mask Trampın komandasında dava saldı

İlon Mask və Donald Trampın hüquq işləri üzrə müşaviri Boris Epşteyn arasında qalmaqal yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Mask və Epşteyn yeni administrasiyada yüksək vəzifələrə müxtəlif namizədləri irəli sürür və bu səbəbdən də aralarında münaqişə yaranıb. Mənbələr bunu kütləvi qalmaqal kimi qiymətləndiriblər.

Mask həmçinin Trampın müşavirini seçilmiş prezidentin komandası haqqında məlumat sızdırmaqda ittiham edib.

Qeyd olunur ki, Trampın komandası Mask ilə əlaqə qurmağı bacaranlara və biznesmenin daimi mövcudluğundan əsəbiləşənlərə bölünüb.

Seçilən
16
2
axar.az

3Mənbələr