Rusiya Ukraynanın Odessa şəhərinə ballistik raket zərbəsi endirib.
AZXBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının sədri Oleq Kiper Telegram vasitəsilə açıqlama verib.
Belə ki, raket hücumu nəticəsində 8 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Hücum nəticəsində mülki infrastruktura və yaşayış binalarına ciddi ziyan dəydiyi bildirilir.
Mikayıl