AZ

COP29-da türk dövlətləri QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib

Bakı. Trend:

2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada TürkDövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçistatusa malik 8 ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinədair forum keçirib.

Trend xəbərverir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan,Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olanvətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıb.

İnsan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü ForumuAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumununtəşkilatçılığı ilə baş tutub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət DəstəyiAgentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilkdəfədir ki, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda busəviyyədə təşkilatmağa başlayıb.

Millət vəkilləri Ramil Həsən, Gülşən Paşayeva birgə fəaliyyətinəhəmiyyətini vurğulayıblar.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiyaNazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədriGülbarə Sultanova Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsininbütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdəQHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühümhadisə adlandırıb.

Özbəkistan Respublikasının Qeyri-Hökumət Təşkilatları MilliAssosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayevbildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-AzərbaycanQHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu dərinləşən əlaqələrinnövbəti təzahürüdür.

Daha sonra forum panel müzakirələrlə davam edib.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalınmoderatorluğu ilə keçirilən “İqlim dəyişmələri və insan kapitalı:türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu” adlı ilkpaneldə Şimali Kipr Türk Respublikasının PrezidentAdministrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça,Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin(SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın “Qadınlar vəQızlar Assosiasiyası”nın sədri Nəsibə Miradilova, Özbəkistandanekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxışediblər.

“Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbindəvətəndaş cəmiyyətinin rolu” adlı ikinci paneldə Türkiyənin“Yeşilay” Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan, QırğızıstanınGənclər Parlamenti layihəsini həyata keçirən “Vətəndaş İdeyalarıFondu”nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri TəşkilatınınMacar nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın KönüllülərBirliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlar ediblər.

Türk dövlətlərinindən olan nümayəndələr sonda bir dahaAzərbaycanı Türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyənail olmuş ölkə kimi təbrik ediblər, bundan fərəh hissikeçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdəyüksək səviyyəli təşkilatçılıq işlərinin görülməsi Azərbaycandövlətinin qüdrətinin daha bir nümayişinə çevrilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
8
8
az.trend.az

10Mənbələr