AZ

Ermənistanda yaşanan istefalar... - Paşinyan nəyi dəyişməyə can atır?

Ermənistanda bir-birinin ardınca gurultulu istefalar yaşanır...

Politoloq: “Paşinyan bir ara ölkəsində rüşvətin əl-ayağını yığışdıra bilmişdi. O ölkəsində korrupsiyanın kökünü kəsmək ümidində idi”.

“Son vaxtlar Ermənistanda yenidən neqativ hallar artıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanda yaşanan istefaların səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanda bir-birinin ardınca gurultulu istefalar yaşanır və bu istefalar əsasən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın hökümətin iclasında tənqid etdiyi məhkəmə və hüquq-mühafiə orqanalırnı əhatə edir.

Paşinyanın ifadə etdiyi qəzəblə yaşanan bu istefaların arxasında nələr dayanır və əslində Paşinyan Ermənistanda nəyi dəyişməyə can atır?

Ermənistan siyasətində baş verənləri Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Sevan gölü sahilində dəbdəbəli villalar, həmçinin müxtəlif restoranlar və bu restoranlarda gecə səhərə qədər çəkilən keyflər, bütün bunların hamısı Ermənistan cəmiyyətində deqradasiya proseslərinin yenidən başlandığını, rüşvət və korrupsiyanın durmadan artığını göstərir”.

Paşinyanın artan qəzəbi, xüsusilə hüquq-mühafizə orqanlarına qarşı bu cür istefalar məcbur etmə qərarlılığının bütün bunlarla bağlı olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında Paşinyanın parlamentin iclasında Ermənistanda rüşvət və korrupsiyanın kökünü kəsəcəyini söylədiyini xatırladıb:

“Paşinyan bir ara ölkəsində rüşvətin əl-ayağını yığışdıra bilmişdi. O ölkəsində korrupsiyanın kökünü kəsmək ümidinfə idi. Təxminən bir ilə yaxın erməni cəmiyyəti belə inkişaf etdi və xalq da sevinirdi ki, korrupsiyasız, rüşvətsiz bir ölkədə yaşayırlar.

Son vaxtlar Ermənistanda yenidən neqativ hallar artıb. Sevan sahilində dəbdəbəli villalar, həmçinin restoranlar və bu restoranlarda gecə səhərə qədər çəkilən keyflər, bütün bunların hamısı Ermənistan cəmiyyətində deqradasiya proseslərinin yenidən başlandığını, rüşvət və korrupsiyanın durmadan artığını göstərir.

Mənim zənnimcə, Paşinyanın artan qəzəbi, xüsusilə hüquq-mühafizə orqanlarına qarşı bu cür istefalar məcbur etmə qərarlılığı bütün bunlarla bağlıdır. Paşinyan parlamentin iclasında söyləyib ki, Ermənistanda rüşvət və korrupsiyanın kökünü kəsəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr