AZ

Ermənistanda İSTEFA DALĞASI - Bir gündə dörd nazir postunu TƏRK ETDİ

Ermənistanın infrastruktur naziri və vergi orqanlarının rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi verib.

Paytaxt.org xəbər verir ki, bu barədə "Shamshyan" məlumat yayıb.

Qeyd olunub ki, Rüstəm Badasyan və Qnel Sanosyan baş nazir Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb.

Öz növbəsində “24news” da yazıb ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Bundan əlavə, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan öz həmkarlarından nümunə götürüb. Lakin bu məlumat hələ təsdiqlənməyib.

Səs-küylü istefaların rəsmi təsdiqi hələlik yoxdur. Baş nazirin qərarının tezliklə veriləcəyi gözlənilir.

Qeyd edilir ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son “töhmət”dən sonra baş verməsi əlamətdardır. //Report

Seçilən
55
16
paytaxt.org

10Mənbələr