AZ

Azərbaycanda doğumların sayı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü
ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olmuşdur.

Seçilən
7
13
operativmedia.az

10Mənbələr