AZ

Finlandiyanın sabiq Prezidenti: Azərbaycanın COP29-a hazırlığı təqdirəlayiqdir

Azərbaycanın COP29-a hazırlığı üçün çox qısa bir zamanı var idi, ancaq Azərbaycan bu hazırlıqları çox yaxşı şəkildə həyata keçirib və bu, təqdirəlayiqdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Finlandiyanın sabiq Prezidenti Tarya Halonen deyib.

Azərbaycanın ev sahibliyi etdiyi tədbirin hazırlanma prosesini dəyərləndirən T.Halonen, ölkənin qısa müddətdə hazırlıq işlərini çox yaxşı şəkildə həyata keçirdiyini bildirib.

O, COP29 çərçivəsində davam edən beynəlxalq danışıqlar barədə fikirlərini açıqlayıb, bu həftə keçiriləcək müzakirələrin önəmini vurğulayıb və təhsil mövzusuna diqqət çəkib: “Mən bu gün dayanıqlı gələcəyin təmin olunmasında təhsilin önəmi barədə danışdım. Bu həftə bir çox mövzu ətrafında müzakirələr aparılacaq. Heç bir müzakirə əhəmiyyətsiz deyil. Ümid edirəm ki, bütün nümayəndələr cəsarətli olub, konsensus əldə etmək üçün çalışacaqlar".

Sonda sabiq Prezident bütün ölkələrin birgə əməkdaşlığının əhəmiyyətini vurğulayıb: “Biz bu prosesin ortasındayıq və indi hər birimiz bir-birimizə dəstək olub, birgə işləməyə davam etməliyik”,- deyə o, fikirlərini tamamlayıb.

Seçilən
22
3
xalqqazeti.az

4Mənbələr