AZ

10 ayda Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 167,1 kiloqramı qızılın, 2 703,2 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% artıb, gümüş istehsalı isə 20,3% azalıb. 

Noyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 390,3 kiloqram hazır qızıl, 819,2 kiloqram hazır gümüş ehtiyatı var.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
12
banco.az

1Mənbələr