AZ

Ən faydalı çörək növü açıqlandı - Mütəxəssislər təsdiqlədilər

Çörək yemək lazımdırmı? Bu sualın düzgün cavabı hər kəsi maraqlandırır. Mütəxəssislər ağ çörək istehlakının son dərəcə zərərli olduğunu deyirlər. Çörək növlərinin bolluğu da çaşqınlıq yaradır.

Teleqraf.com-un məlumatına görə, aparılan araşdırma və ekspert rəylərinə uyğun olaraq, ən sağlam çörək növü müəyyən edilib.

Çörək ən çox istehlak edilən qidalar sırasındadır. Bəzi ekspertlər süfrənin əvəzsiz qidası olan çörəyin zərərli olduğunu vurğulayırlar. Bəziləri çörəyin yaxşı bir karbohidrat mənbəyi olduğunu və çörəksiz həyatın bədəndə başqa problemlər yarada biləcəyini də iddia edirlər. Bununla belə, bədən üçün şəfa mənbəyi kimi çıxış edən çörək növü var. Məlum olub ki, bu çörək növü, eyni zamanda, həm xolesterin, həm də şəkər xəstəliyinə dərman ola bilər.
Einkorn çörəyi özünəməxsus bir dad və unikal qida profilinə malikdir. Einkorn (adı almanca einkorn sözündəndir, bir dənə deməkdir) buğdanın qədim formasıdır. Einkorn çörəyi einkorn unundan hazırlanır. Tərkibində az miqdarda gluten var. Həzm sistemini dəstəkləyir, yaxşı həzm olunur. Müasir buğda ilə müqayisədə einkorn daha təsiredici qida profilinə malikdir.
Dietoloq Katherin Basbaum, einkorn çörəyinin hər kəs üçün arzu olunan çörək növü ola biləcəyi ilə razılaşır.


Müəllif: Şəbnəm Zahir
Seçilən
6
teleqraf.com

1Mənbələr