"GiveMeSport" futbol tarixinin ən yaxşı milli komandalarının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahıya 2008 və 2012-ci illərdə ardıcıl olaraq iki dəfə Avropa çempionu olan və 2010-cu il Dünya Kubokunu qazanan İspaniya yığması başçılıq edir.
İkinci yerdə 1994-2002-ci illər Braziliya millisi qərarlaşıb. Əfsanəvi Ronaldonun oynadığı komanda bu müddətdə iki dəfə dünya kuboku və eyni sayda Amerika Kubokunun qalibi olub. Ferens Puşkaşın liderlik etdiyi 1950-56-cı illərin Macarıstan yığması isə "ilk üçlüy"ü qapayıb.
Dördüncü yeri Pelenin oynadığı dövrün Braziliya millisi tutub. Almaniyanın 1972-76-cı illərdəki komandası isə beşinci olub.