AZ

Kremldən Baydenin qərarına REAKSİYA: "Təsdiqini tapmayıb"

Kreml ABŞ-nin son qərarına reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov danışıb. O, Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Peskov məlumatın rəsmi təsdiqini tapmadığını, sentyabrın 12-də Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlərin Beynəlxalq Forumunda Rusiya Prezidenti Vladimir Putinin mövqeyinin açıqlandığını deyib. O əlavə edib ki, bu cür qərarlar gərginliyin növbəti mərhələsidir.

 

Bundan əvvəl, Vladimir Putin Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlər Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiyanın dərinliklərinə zərbələr endirmək NATO və ABŞ-ni münaqişəyə cəlb etmək deməkdir. O qeyd edib ki, bu cür zərbələrin endirilməsi ilə bağlı qərar münaqişənin mahiyyətini xeyli dəyişəcək.

 

Günay 

Seçilən
22
sfera.az

1Mənbələr