“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur 7 oyunluq cəzaya və 126 min dollar cəriməyə məruz qalıb.
İdman.biz xəbər verir ki, buna 27 yaşlı futbolçunun komanda yoldaşı Son Hın Minə etdiyi irqçi zarafatı səbəb olub.
Yayda Bentankur Uruqvay televiziyasında keçirilən bir şouda iştirak edib. Burada aparıcı Sonun formasını istəyib, buna cavab olaraq “Tottenhem”li bildirib ki, Sonni? Bu, bəlkə də əmisi oğlunun formasıdır. Onların hamısı təxminən eyni görünür.
Daha sonra Bentankur üzr istəsə də, İngiltərə Futbol Federasiyası onu bağışlamayıb.
İdman.biz