AZ

Finlandiyada və Baltik dənizində NATO təlimləri başlanır

Noyabrın 18-də Finlandiyanın cənubunda və Baltik dənizinin şimalında NATO ölkələrinin “Freezing Winds-24” dəniz təlimləri başlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Beynəlxalq dəniz təlimlərində donanmadan əlavə, Finlandiya ordusu, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyinin maddi-texniki təminat komandanlığı və sərhəd mühafizə xidmətinin hərbçiləri, həmçinin müttəfiq qüvvələrin çoxsaylı birləşmələri iştirak edəcək”, - deyə məlumatda bildirilir.

Genişmiqyaslı təlimlərə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Estoniya, Latviya və Litvaya aid ümumilikdə 30-a yaxın hərbi gəmi, təchizat və yardımçı vasitələr, nəqliyyat katerləri, habelə 4 min nəfərədək şəxsi heyət cəlb olunacaq. Bundan əlavə, təlimlərdə ABŞ və Fransanın döyüş və dəniz patrul təyyarələri, helikopterlər və NATO gəmilərindən ibarət iki daimi dəstə iştirak edəcək.

Manevrlərin məqsədi dəniz nəqliyyatının mühafizəsi, sualtı infrastrukturun monitorinqi və qorunması üzrə tədbirləri, o cümlədən Finlandiya sahillərində və Baltik dənizində hərbi əməliyyatları təcrübədən keçirməkdir. Təlimlər noyabrın 29-da başa çatacaq.

Seçilən
7
2
yeniazerbaycan.com

10Mənbələr