Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanmahalları qeydə alınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalininhər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşmüş,boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1)qalmışdır.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,7), Qarabağ (5,6),Dağlıq Şirvan (5,5), Mil-Muğan (5,3), Lənkəran-Astara (5,2),Şirvan-Salyan (5,0), Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası vəQazax-Tovuz (4,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,8)yüksək olub.