AZ

Şəffaflıq, inklüzivlik və təcililik COP29-un uğurunun əsas prinsipləridir - Nabil Munir

Bakı. Trend:

Şəffaflıq, inklüzivlik və təcililik COP29-un uğurunun təminolunması üçün əsas prinsiplər olaraq qalır.

Trend xəbər verir ki, bubarədə Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir COP29çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Konfransın ilk həftəsi ilə bağlı bir neçə qısa fikir paylaşmaqistəyirəm. Keçən həftə danışıqlarda əldə olunan irəliləyişi vənəticələrə nail olmaq üçün göstərilən səyləri görmək sevindiriciidi. Bu, tərəflərin davamlı gələcəyin təmin olunması üçün ümumiməqsəd uğrunda əməkdaşlıq etdiyini nümayiş etdirir", - deyə N.Munirqeyd edib.

Onun sözlərinə görə, iqlim hazırlığı üçün gənclərinpotensialının artırılması, texnologiyalar və ən az inkişaf etmişölkələrlə bağlı məsələlərdə də irəliləyiş əldə olunub. Lakin iqlimdəyişikliklərinin təsirlərinin azaldılması, ədalətli keçidproqramları, qlobal uyğunlaşma hədəfi, reaksiya tədbirləri və iqlimmaliyyələşməsi kimi kritik həll olunmamış məsələlərin həlli üçünəhəmiyyətli səylər tələb olunur.

N.Munir qarşıdakı həftənin məqsədinin balanslı və iddialınəticəyə nail olmaq olduğunu vurğulayıb.

"Burada qəbul edilən hər qərar, verilən hər vəd və gücləndirilənhər öhdəlik səpilən toxumlardır. Tərəfləri iddialı nəticələrə nailolmaq üçün birlikdə çalışmağa çağırıram", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr