AZ

Səhiyyə naziri: İqlim böhranı səhiyyə böhranıdır

İqlim böhranı səhiyyə böhranıdır. Bütün bu bəyanatları və fəaliyyəti nəzərə alsaq, iqlim dəyişikliyinə pozitiv təsir edə bilərik. Tibb sahəsində personalın iqlim məsələləri üzrə maarifləndirilməsi, rəqəmsal texnologiyaların bu sahəyə cəlb olunması və səhiyyədə iqtisadi reformalarla yaşıl enerjiyə keçidə nail ola bilərik.

“İki sahil” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən mətbuat konfransında səhiyyə naziri Teymur Musayev deyib

Nazir qeyd edib ki, bu il Azərbaycan Tibb Universitetində artıq ətraf mühit üzrə kurrikuluma daxil olunmuş seminarlar var. "Səhiyyə işçilərini iqlim məsələləri barəsində məlumatlandırmaq üçün çox az zamanımız var", - deyə nazir əlavə edib.

Seçilən
178
1
ikisahil.az

2Mənbələr