AZ

Ukraynanın pilotsuz təyyarələri hücuma keçdi: Hədəf bu şəhərdəki zavoddur

Belqorod vilayətinin qubernatoru Ukrayna Silahlı Qüvvələrinin (AFU) iki pilotsuz uçuş aparatından (PUA) istifadə edərək, Şebekino şəhərindəki müəssisəyə hücum etdiyini bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Şebekino şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. O, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin müəssisənin ərazisinə hücum etdiyini, nəticədə inzibati binaya, anbara, həmçinin sexə və avadanlıqlara ziyan dəydiyini deyib.

Bundan əlavə, Qladkov qeyd edib ki, daha bir PUA-nın partladılması zamanı sosial obyektin şüşələri sınıb, minik avtomobillərinin üstünə qəlpələr düşüb. İlkin məlumatlara görə, itki yoxdur.

Adəm Abbaslı

Seçilən
14
publika.az

1Mənbələr