AZ

Aİ Rusiyaya görə İrana qarşı növbəti sanksiyalar dalğası TƏTBİQ ETDİ

Aİ öz qruplaşmalarını və Rusiya Federasiyasını dəstəklədiyi üçün İrana qarşı növbəti sanksiyalar dalğası tətbiq edib.

İnterpress.az xəbər verir ki, Aİ İrana qarşı sanksiyalarını onun Yaxın Şərqdəki peyklərinə və Rusiyanın Ukraynaya qarşı müharibədə hərbi dəstəyinə görə genişləndirib.

Bu tədbirlər İranın pilotsuz təyyarələrini, raketlərini və əlaqədar texnologiya və komponentləri ötürmək üçün gəmi və limanlardan istifadəni hədəfləyir.

Bundan əlavə, yuxarıda qeyd olunan silahların hazırlanması və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracı, ötürülməsi, tədarükü və ya satışına qadağa qoyulur.

Xüsusilə Rusiyanın üç gəmi şirkəti məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr