AZ

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metro nəqliyyatı ilə 188 937,3 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,2% çoxdur. 

Dövlət Statistika Komitəsindən Missiya.Az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 177 975,2 min nəfər təşkil edib. 

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir.

 Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Seçilən
12
3
missiya.az

10Mənbələr