AZ

"Azərbaycanla oyuna qələbə üçün çıxacağıq" - İsveç millisinin baş məşqçisi

“Sabahkı oyunda qalib gəlmək istəyirik. Meydana da bu məqsəd üçün çıxacağıq”.

"Unikal" xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunun sonuncu – VI turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis sabahkı qarşılaşmada isveçli azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Meydana qələbə fikri ilə çıxmaq çox vacibdir. C Divizionunda ən yaxşı komanda olmaq istəyirik. Bu, 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off şansımızı artıra bilər. Bir neçə futbolçumuz zədəlidir. Start heyəti ilə bağlı hər şey sabahkı tibbi müayinədən sonra məlum olacaq”.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
22
4
unikal.az

5Mənbələr