AZ

Gördülər ki, qarnı şişib: Yüzlərlə tarantula və qırxayaqla qaçmaq istədi...

Peru səlahiyyətliləri yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkəni tərk etməyə çalışdığı iddiası ilə cənubi koreyalı bir şəxsi hava limanında yaxalayıb.

Publika.az xəbər verir ki, bu barədə Perunun Milli Meşə və Vəhşi Təbiət Agentliyindən məlumat verilib.

Bildirilib ki, adı açıqlanmayan 28 yaşlı gənc noyabrın 8-də Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanından təyyarəyə minərək ölkəsinə qayıtmağı planlaşdırıb.

Təhlükəsizlik yoxlamaları zamanı məmurlar onun qarnının şişdiyini müşahidə edərək köynəyini çıxarmasını istəyiblər. Məlum olub ki, lent və kəmərlər vasitəsilə onlarla plastik qab kişinin bədəninə bağlanıb.

Qablardan 35 tarantula, 285 bala tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb. Səlahiyyətlilər bütün bu heyvanların vətəninin Perunun Amazon bölgəsində olduğunu və tarantulaların nəsli kəsilmək təhlükəsi yüksək olan canlılar siyahısında olduğunu bildirib.

Seçilən
42
publika.az

1Mənbələr