AZ

Rusiyada məmurlar rüşvətə görə "yalan detektoru" ilə yoxlanacaq

Rusiyanın Samara bölgəsində antikorrupsiya kampaniyasının bir hissəsi olaraq, daha çox "yalan detektoru" kimi tanınan poliqrafdan istifadə edərək məmurları sınaqdan keçirməyə başlamağı planlaşdırırlar. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Rayon rəhbəri Vyaçeslav Fedorişev yenilik barədə məlumat verib. Onun sözlərinə görə, rayonda korrupsiyaya qarşı mübarizəni təmin etmək üçün komitə yaradılacaq. Məmurların poliqrafiya testləri 2025-ci il yanvarın 1-dən başlayacaq: "Bu, operativ və obyektiv məlumat əldə etmək üçün bir vasitədir. O, bu və ya digər korrupsiya fəaliyyəti barədə siqnal olanda münaqişə vəziyyətlərində istifadə olunacaq". 

Rayon rəhbəri qeyd edib ki, yoxlama könüllü olacaq və yalnız işə - məmurların şəxsi həyatına aid olacaq. Sınaqların müntəzəm olaraq, məsələn, altı ayda bir dəfə aparılacağı güman edilir. 

Sınaqdan imtina edilən halda nə baş verəcəyi bildirilmir.

Ağarza Elçinoğlu 

Seçilən
12
1
unikal.az

2Mənbələr