“Artıq ikinci 2-ci ildir qızıl medalları qazanırıq. Çempion olmaq çox gözəl hissdir”.
Bunu İdman.bizə Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.
“Zenit”in formasını geyinən oyunçu Rusiya çempionatında qızıl medallara sahib olmaqlarını dəyərləndirib. O bildirib ki, mövsüm çətin keçib: “Öz çıxışımı yüksək qiymətləndirirəm. Çempion olsaq da, ölkə xaricinə çıxa bilmirik. Ümid edirəm ki, Rusiya klublarına qarşı sanksiyalar aradan qalxacaq”.
Mirzəliyevanın sözlərinə görə, Sankt-Peterburq təmsilçisi avrokuboklara qatılmasa belə klubdan ayrılmaq fikrində deyil: “Rusiyada çempionatın səviyyəsi çox yüksəkdir. Hər oyun həyəcanlı keçir. “Zenit”lə daha 2 il müqaviləm var. 2026-cı ilə qədər burda davam edəcəyəm”.
Qeyd edək ki, “Zenit” Rusiya çempionatının 24-cü turunda əsas rəqibi MOİK-i 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Emin Ağa
İdman.biz