AZ

Vəzifəli şəxs AMEA-nın həyətindəki stadionda ölübmüş - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin dünən futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Sportinfo.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib.

Saat 18 radələrində keçirilən futbol oyunu zamanı S.Hacıyevin səhhəti qəfil pisləşib və o, hadisə yerində ölüb.

63 yaşlı S.Hacıyev əvvəllər xüsusi xidmət orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib.

2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Siyavuş Hacıyev ailədə 3 övlad - 2 qardaş, bir bacı olublar.

Onun əvvəllər hüquq-mühafizə orqanlarından işləyən qardaşı Bəhruz Hacıyev də gənc yaşlarında dünyasını dəyişib.

Seçilən
30
sportinfo.az

1Mənbələr