AZ

Emin Əmrullayev COP29-da iqlim təhsili və Yaşıl inkişafın vacibliyini vurğuladı – VİDEO

“Biz iqlim təhsilini inkişaf etdirməyə və gələcəyə hazır yaşıl dayanıqlılığı qurmağa tam sadiqik”.

Yenicag.az xəbər verir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 sammitində Təhsilin Yaşıl İnkişafı və İqlim Savadlılığı üzrə Nazirlər Dəyirmi Masasında çıxış edib.

O, çıxışında iqlim dəyişikliyi ilə mübarizədə təhsilin əhəmiyyətini və Azərbaycan hökumətinin bu sahədə atdığı addımları vurğulayıb.

“Biz iqlim təhsilini inkişaf etdirməyə və gələcəyə hazır yaşıl dayanıqlılığı qurmağa tam sadiqik”, – deyə Emin Əmrullayev bildirib.

Nazir əlavə edib ki, Azərbaycan bu mövzuda konkret addımlar atır və bu yanaşmA gələcək nəsillərə qarşılaşacaqları iqlim problemləri ilə mübarizə aparmağa kömək edəcək.

Qeyd edək ki, Azərbaycanın təhsil sistemində iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin inteqrasiyasını təmin etmək üçün son altı ildə mühüm dəyişikliklər edilib. Nazir coğrafiya kurtikulumunun 25%-dən çoxunun iqlim və davamlılıq mövzularına həsr edildiyini qeyd edib. Bu yanaşma tələbələrə ətraf mühitin qorunması, bərpa olunan enerji mənbələrinin əhəmiyyəti və ekosistemlərə təsir haqqında dərin biliklər qazandırır.

STEAM təhsili sahəsində də irəliləyişlərə diqqət çəkən nazir Azərbaycanın illik STEAM festivalını təşkil etməsi ilə gənc innovatorları yaşıl enerji və ətraf mühit problemləri üzrə bir araya gətirdiyini də bildirib.

Emin Əmrullayev tələbələrin karbon emissiyaları və iqlim dəyişikliyinin qarşısının alınması barədə məlumatlı olmalarının vacibliyini vurğulayıb. O, həmçinin iqlim təhsilinin mərhələli şəkildə təqdim olunmasının, tələbələrin bu məsələyə daha dərin anlayışla yanaşmalarına kömək edəcəyini əlavə edib.

“Bu böhran hər bir millətə, bütün cəmiyyətə və bir sözlə, hər birimizə toxunur. Bizim borcumuz gələcək nəsli bu çağırışa hazırlamaqdır”, – deyə nazir çıxışını tamamlayıb.

Məsimə Məmmədova

Samir Məcidov

Seçilən
28
yenicag.az

1Mənbələr