AZ

Aİ İrana qarşı sanksiyaları genişləndirir

Bazar ertəsi Avropa İttifaqı İrana Rusiyaya hərbi yardım etdiyi iddiasına görə yeni sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib. İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun meneceri Aİ-nin qara siyahısına salınıb. Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyadan olan üç gəmiçilik şirkətinə (MG-Flot, VTS-Broker və Arapax) sanksiya tətbiq edib.

Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin və müvafiq texnologiya və komponentlərin daşınması üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır. Sentyabrda Bloomberg mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Məqalə müəlliflərinin fikrincə, Rusiya Federasiyası guya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə edəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu cür məlumatlar həmişə faktlarla üst-üstə düşmür.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
5
editor.az

7Mənbələr