ABŞ-da qablaşdırılan köklərdə “E. coli” bakteriyasının aşkar edildiyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) açıqlama yayıb.
Qeyd olunub ki, qablaşdırılmış kök istehlakı səbəbiylə “E.coli” bakteriyasına yoluxan 39 nəfərdən biri ölüb, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.
Açıqlamada şirkətin satışa çıxardığı qablaşdırılmış köklərin bazar rəflərindən yığıldığı, müştərilərə aldıqları məhsulları yoxlamaq üçün xəbərdarlıq edildiyi vurğulanıb.