AZ

Rusiyalı rəsmi: Azərbaycan və Ermənistan parlament sədrləri arasında platforma təqdim etməyə hazırıq

Rusiya Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvanda "Zvartnots" hava limanında jurnalistlərlə söhbətində bildirib.

"Biz Ermənistan və Azərbaycan arasında həll edilməli olan və həll edilən problemlərin Rusiyanın dəstəyi ilə öz həllini tapmasında maraqlıyıq. Rusiya həmişə dəstək verməyə hazırdır", - o qeyd edib.

Y.Vorobyov həmçinin deyib ki, Federasiya Şurasının sədri Valentina Matviyenko gələn il Ermənistana səfər etməyi planlaşdırır.

"Gələn il Ermənistanda Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşün keçiriləcəyini gözləyirik. O, belə bir dəvət alıb. Biz bu səfərə hazırlaşır və onun baş tutacağına ümid edirik", - o bildirib.

Seçilən
9
4
report.az

9Mənbələr