Ulduzlar da Günəş kimi işıq mənbəyidir.

İndex.az xəbər verir ki, Günəş qədər güclü olmasalar da, ulduzlar səmanı işıqlandırmaqda davam edirlər. Lakin təəssüf ki, biz bu məqamların şahidi ola bilmirik.

Çünki Günəşin parıltısı milyardlarla ulduzun işığına kölgə salaraq onları adi gözlə görünməz edir. Ulduzlar bu parlaq səmanın arxasında səssizcə gözləyir. Onların gözümüzün qabağında yalnız gecələr parıldadığını görə bilərik.

Təbii ki, günəş işığı yoxa çıxanda gözümüzə görünən ulduzlar da var, gündüz görünənlər də. Ancaq bunları adi gözlə görmək bizim üçün mümkün deyil. Adətən müşahidə alətləri vasitəsilə özlərini göstərən ulduzlar əslində hər zaman parlamağa davam edirlər.