AZ

Bu il nəqliyyat sektorunda yük daşımaları artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımalarıəvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və9,2 faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən 193,8 milyon ton yük daşınıb.Yüklərin 3,7 faizi dəniz, 8,0 faizi dəmir yolu, 0,2 faizi hava,59,3 faizi avtomobil nəqliyyatı, 28,8 faizi isə boru kəməri ilədaşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmışyüklərin həcmi 5,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində busektorun xüsusi çəkisi 78,9 faiz təşkil edib. 2024-cü ilinyanvar-oktyabr aylarında nəqliyyatçılar 1695,0 milyon sərnişinəxidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı,11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilədaşınıb.

Seçilən
31
7
az.trend.az

10Mənbələr