AZ

Dövlət və qeyri-dövlət sektorunda çalışanların sayı məlum oldu

Bu ilin noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5308,1 min nəfər olub, onlardan 5025,3 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1768,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,3 min nəfər, qeyri-dövlət sektorunda isə 888,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1736,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə və incəsənət, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Seçilən
23
6
adalet.az

6Mənbələr