AZ

COP29: Azərbaycanda və dünyada minaların ləğvi üçün qlobal çağrış (FOTO)

Bakı. Trend:

Dünya Ərzaq Mükafatı laureatı, "Sülhün Kökləri" təşkilatınıntəsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)prezidenti Umud Mirzəyev dünən Qarabağın təhlükəli mina sahələrindəcəsarətlə addımlayaraq, mina probleminin təcili həllinə və bölgəninbir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqətçəkməyə çalışıblar.

Trend xəbər verir ki, onlar "MinalardanÜzümlüyə" şüarı ilə məhsuldar torpaqları minalardantəmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobalsəviyyədə yaymaq istəyirlər.

Qlobal liderlər Bakıda keçirilən COP29 Birləşmiş MillətlərTəşkilatının İqlim Sammitində bir araya gəldiyi bir vaxtda, Kuhn vəMirzəyev dünya ictimaiyyətinin minaların iqlim dəyişikliyinətəsirini nəzərdən qaçırdığına diqqət çəkirlər.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi BakıStadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bustadionda 200-ə yaxın ölkədən ümumilikdə 72,000 nümayəndə toplaşıb.Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1.5 milyonmina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüfki, 2020-ci ilin noyabr ayından indiyədək 382 nəfər günahsızazərbaycan vətəndaşı minaların qurbanı olub.

Kuhn bildirir: “COP29-un əsas mövzusu ‘Yaşıl Dünya üçünHəmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda vəmüharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə maneolduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımıtəhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nədə minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci iləqədər dünyada təxminən 10 milyard insan yaşayacaq və artanmüharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilənbu terror toxumları gələcək nəsilləri qidalandırmağa maneolacaq.”

"Sülhün Kökləri" və BAMF dünya liderlərinə müraciət edərəkAzərbaycandakı bütün minaların ləğvi üçün onların kampaniyasınatəcili dəstək verməyə çağırırlar. Onlar ümid edirlər ki, bu,COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsiləsülhün bərpasına töhfə verəcəkdir. Həmçinin, bərpaedici kəndtəsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş, 60-dançox ölkədə yerləşən və təxminən 110 milyon mina olan ərazilərdətətbiqi mümkün ola bilər.

Minalar yalnız münaqişələrdən sonra da mülki şəxslərə zərərverməklə kifayətlənmir, həm də dağıdıcı bir miras buraxır. Onlarətraf mühitə ciddi ziyan vuraraq vəhşi təbiətə və ev heyvanlarınazərər yetirir və ekoloji zərər zəncirini hərəkətə gətirir. Minalartorpaq eroziyasına, meşələrin məhv olmasına və su mənbələrinin ağırmetallarla çirklənməsinə səbəb olur. Eyni zamanda, həyatmühitlərini məhv etməklə və qida tədarükü zəncirlərini pozmaqla,bəzi növlərin tərkibini dəyişdirir və ətraf mühitə vurulan ziyanıartırır.

Partlayışlar bir zamanlar müxtəlif flora və faunanı dəstəkləyənəraziləri daimi olaraq zədələmiş, geniş, ekoloji cəhətdən canlıməkanları geniş və bahalı bərpa tələb edən çirklənmiş zonalaraçevirmişdir. Bərəkətli kənd təsərrüfatı torpaqları, meşələr və suehtiyatları da təsirə məruz qalaraq ərzaq təhlükəsizliyinisarsıdan, yaşayış vasitələrini təhdid edən və biomüxtəlifliyitəhlükə altına alan domino effekti yaradıb.

Məlumdur ki, minaların ətraf mühitə təsirini başa düşməkdavamlı, uzunmüddətli remediasiya strategiyalarının hazırlanmasıüçün çox vacibdir. Bu strategiyalar təkcə təhlükəsizliyi təminetmək üçün deyil, həm də ekosistemin bərpasını dəstəkləmək üçünvacibdir.

BAMF prezidenti Umud Mirzəyev vurğulayır: “Mina təmizləməsəyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçiqüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələrolmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbiiekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıqmənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsisürətini artırmaq təkcə humanitar zərurət deyil, həm dəplanetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçünekoloji vacib şərtdir.”

Sülhün Kökləri haqqında:

1997-ci ildə əsası qoyulmuş Roots of Peace humanitarqeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası münaqişədənsonrakı regionlarda iqtisadi canlılığı bərpa etmək və dünyanın ənhəssas icmalarına dəstək göstərməkdir. 8 milyondan çox meyvə ağacıəkilmiş, yeni bazarlara ixrac edilmiş və milyonlarla fermerailəsinin həyatına müsbət təsir göstərmişdir. KəndTəsərrüfatı vasitəsilə Sülh dünyaya sülh gətirən biryoldur. Dəstək üçün: www.rootsofpeace.org

BAMF haqqında: Beynəlxalq Avrasiya MətbuatFondu (BAMF) BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan, 1992-ciildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Media və vətəndaşcəmiyyəti təşkilatı kimi yaradılan BAMF 1990-cı illərinortalarından sosial və humanitar proqramların icrasına başlayıb.BAMF 2000-ci ildən BMTİP-in dəstəyi ilə Mina Aksiyası Proqramınaqoşulub və bu gün Azərbaycan respublikası MinatəmizləməAgentliyinin (ANAMA) əsas tərəfdaşlarından biridir. Təşkilat bugünə qədər 14 min hektardan çox ərazini minalardan və partlamamışhərbi sursatlardan təmizləyib son istifadəçiyə təhvil vermişdir.BAMF-ın missiyası "Hər kəs üçün sülh"-dür.

COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
Məqalədə:
Seçilən
12
8
az.trend.az

9Mənbələr