AZ

Ermənistanda 2 nazir və 4 yüksək vəzifəli məmur istefa verib - "Bu, sistem dəyişikliyi ilə bağlıdır"

Bu gün Ermənistanda daha 2 nazir və 4 yüksək vəzifəli məmur istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress” məlumat yayıb.

Bildirilib ki, Daxili işlər naziri Vahe Qazaryan, regional idarələr və infrastruktur naziri Qnel Sanosyan, Ali Məhkəmə sədri Karen Andreasyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan istefa ərizəsi yazıblar.

Baş nazir Paşinyan bəyan edib ki, o, bu şəxslərdən istefalarını tələb edib: "Bu tələb şəxsi səbəblərlə deyil, sistem dəyişikliyi ilə əlaqəli olub. Vatikana rəsmi səfərimdən sonra onların istefalarınə qəbul edəcəm".

Samir Musayev
MİA.AZ

Seçilən
26
37
mia.az

10Mənbələr