AZ

Vanda Nara İkardidən şok məbləğdə aliment tələb etdi

"Qalatasaray"ın futbolçusu Mauro İkardi və boşanmaq üzrə olduğu Vanda Nara arasında mal varlığının bölüşdürülməsi, həmçinin övladlarının qəyyumluğu məsələsi gündəm yaradıb.

Publika.az xəbər verir ki, onların var-dövləti Argentina mətbuatı tərəfindən qiymətləndirilib.

Belə ki, ikilinin bu günə qədər ümumi sərvətinin təxminən 77 milyon avro olduğu təxmin edilir. İddialara görə, Nara İkardini tərk etmək üçün ən azı 38,5 milyon avro tələb edəcək.

Onu da qeyd edək ki, Vanda Nara ərini zorakılıqda ittiham etmişdi. Məhkəmə araşdırması ilə təhlükəsizlik kamerası görüntülərində zorakılığın olmadığı təsdiqlənib.

Seçilən
26
1
publika.az

2Mənbələr