Ukraynanın keçmiş baş naziri Vladimir Qroysmanın vəkili onun beynəlxalq axtarışa verilməsini qanunsuz hesab edir.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məhkəmə sənədlərinə istinadən yazır.
Aprel ayında İstintaq Komitəsi Qroysmana qarşı Donbassda qondarma antiterror əməliyyatı (ATO) keçirməkdə ittiham edib. Müstəntiqlərin fikrincə, o, Donbassda dinc sakinlərə qarşı antiterror əməliyyatının keçirilməsi qərarını dəstəkləyib və bu əməliyyata rəhbərlikdə iştirak edib.
Daha sonra siyasətçi beynəlxalq axtarışa verilib və qiyabi həbs edilib.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun dövründə Vladimir Qroysman 2014-2016-cı illərdə Ali Radanın sədri vəzifəsində çalışıb, sonra isə hökumətin başçısı olub. O, 2019-cu ilin avqust ayına qədər bu vəzifədə çalışıb. Qroysmanı Petro Poroşenkonun ən yaxın adamlarından biri adlandırırdılar.
Bundan əvvəl keçmiş “Azov”çu Moskvada qiyabi həbs edilib.
Miri